Pəncərənin Yapışqan Bandını Asanlıqla Necə Çıxarmaq Olar?
  • Jul 16, 2021
  • 7803

İstifadəçilərin bir çoxu bilməsə də, yapışqan band quraşdırdıqdan bir neçə gün sonra çıxarılmalıdır. Əgər bandı tez zamanda çıxarmasaz, çətinliklə üzləşəcəksiz.

 

Bandı nə zaman pəncərədən çıxarmaq lazımdır?

 

Ümumiyyətlə, band pəncərəni quraşdırılma zamanı zədələrdən qorumaq üçündür. Biz məsləhət görürük ki, yapışqan bandı quraşdırılmadan sonra 10 gün ərzində çıxarasınız. 

 

Plastik pəncərə bandını necə asanlıqla çıxarmaq olar?

 

Əgər bu işi vaxtında görməmisinzsə, o zaman çox güman ki, biraz əziyyət çəkməli olacaqsınınz. İndi sizi bunun asan yolları ilə tanış edəcəyik. 

 

  • 1-ci üsul

Əgər bandı bu üsulla təmizləmək istəyirsinizsə, o zaman işi səbrli görməlisiniz. Bunun üçün sizə nazik və iti bıçaq lazım olacaq. Yapışqan bandın uclarını bıçaqla qoparıb, daha sonra çıxıntıları əlinizlə dartıb qoparmalısınız. Yapışqanın qalıqlarını isə sadə silgi və ya yuyucu vasitə ilə təmizləyə bilərsiniz. 

 

  • 2-ci üsul

Bu üsul üçün sizə hava feni lazım olacaq. Band əhatə edən səthi fen ilə qızdırısınız və nazik bıçaqnan çıxarmaga çalışın. Əgər yapışqan band pənəcərəyə tam yapışmayıbsa, o zaman sizin üçün ən rahat üsul budur. 

 

  • 3-cü üsul

Bu üsul üçün ehtiyacınız olan tək şey silgidir. Həm siz, həm də pəncərələr üçün ən təhlükəsiz və minimal travmatik üsul budur, çünki profilləri silgi ilə zədələmək mümkün deyil. Silgini profilin bandlarına sürtərək yapışqanı təmizləyə bilərsiniz.

© Copyright 2026 | Webcoder tərəfindən hazırlandı