Pencerelerin Antidepressantları Əvəz Etmə Xüsusiyyəti Var 👍
  • Jul 13, 2021
  • 3681

Vaşinqton  Universitetinin  tədqiqatçılarının  araşdırmalarına  əsasən,  pəncərədən  baxmaq  ən  yaxşı  antidepresanlardan  biridir.  (YENİ!!!)  ✔️  ✔️ ✔️ 


Bir qrup mütəxəssis təbiət şəkillərinin insanların üzərində yaratdığı təsiri araşdıraraq, pəncərədən baxmağın televizora baxmaqdan daha faydalı olduğunu tapıb. Amerikalı alimlər tərəfindən aparılan araşdırmalar göstərir ki, gərgin anlarda pəncərədən baxmaq stresi atmağa kömək edir. Bu vəziyyətdə sinir sisteminə sakitləşdirici təsir göstərən təbiətə baxmaq yaxşı olar. Elm adamlarının əldə etdiyi məlumatlara əsasən, xoş təsir məhz “canlı” mənzərələrə baxarkən bağışlanır. Bunu hətta yeni model geniş ekran televizorlar da edə bilmir. 

Vaşinqton Universitetinin mütəxəssisləri apardıqları tədqiqatların nəticələrini ümumiləşdirərək bu təsiri onunla əlaqələndirirlər ki, insanlar nə qədər yüksək texnologiyalar dünyasında yaşasa da, vəhşi aləmin bir hissəsi olaraq qalırlar.

© Copyright 2026 | Webcoder tərəfindən hazırlandı