Taxta pencereleri plastiklə əvəz etmək lazımdır? Müqayisə 🔎
  • Jul 23, 2021
  • 2805

Əgər evdə pəncərələriniz taxtadandırsa,şəhər səs-küyündən uzaqlaşıb dincəlmək sizə çətin olacaq. Bununla yanaşı,köhnə pəncərələr evinizin interyerini də pozur.

Hər kəs təmirdən sonra yeni və gözəlləşmiş ev görmək istəyir. Amma nəzərə almaq lazımdır ki, detallar nə qədər mükəmməl olsa da, pəncərələri dəyişdirmədən istədiyiniz nəticəni əldə edə bilməzsiniz. Köhnə, taxtadan olan pəncərələr nəyinki evinizə gözəllik qatmayacaq, hətta evinizin interyerini pozacaq.

Taxta və plastik pəncərələr arasında nə fərq var?

Taxta pəncərə leyhinə deyə biləcəyimiz ən əsas özəllik – onun istehsalının ekoloji təmiz olmasıdır. Amma bu pəncərələr sizi səs-küydən qoruya bilmiyəcək, və ətrafdan gələn kənar səslər sizin istirahətinizə və rahatlığınıza mane olacaq. Bu pəncərələrin digər mənfi xüsusiyyəti isə istilik saxlaya bilməməsi, içəriyə çöldən gələn havanın axmasına imkan verməsidir. Zamanla bu çatışmamazlıq özünü daha çox biruzə verəcək, çünki taxta köhnəlir və funksiyasını daha zəif yerinə yetirir. 

Plastik pəncərələrin hansı üstünlükləri var?

•  Ətraf səslərdən uzaqlaşmaq imkanı
Əgər ətrafınızda magistral yol, səs – küylü parklar və s. varsa belə, bu sizi narahat etməyəcək. Keyfiyyətli plastik pəncərə sistemi sizi və evinizi səs – küydən, toz və küləklərdən qoruyacaq. 

•  Qənaət
Plastik pəncərələr içəridəki havanı daha yaxşı saxladığından, sizin kommunal xərcləriniz azalacaq. 

•  Baxım tələb etmir
Taxtaya nisbətən plastik daha az kaprizlidir. İldə bir neçə dəfə pəncərələri sabunlu su ilə yuymaq və metal elementlərini xüsusi yağla yağlamaq onları yaxşı vəziyyətini saxlamaq üçün kifayətdir. 

•  Görünüş
Funksional və rahat olması ilə yanaşı, plastik pəncərələr eyni zamanda səliqəli görünüşə malikdirlər. Bu gün pəncərə bazarı çox genişdir və hər kəs öz zövqünə uyğun seçimi edə bilir.

© Copyright 2026 | Webcoder tərəfindən hazırlandı