Son xəbərlər
Populyar xəbərlər
Lənkəran Sərgi(25.04.2025)
  • Jun 11, 2025
  • 510


WinKlaus şirkəti olaraq 25 aprel 2025-ci il tarixində Lənkəranda keçirilmiş sərgidə iştirak etdik.
Sərgi zamanı ziyarətçilərə WinKlaus pəncərə sistemləri və ELC Aluminium profillərinin nümunələri təqdim olundu. Məhsullarımızın estetik görünüşü, funksionallığı və texniki keyfiyyəti yerli ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.

Eyni zamanda sərgidə FUTURUS şirkəti ilə əməkdaşlıq çərçivəsində gizli cift sistemlərinin quraşdırılması və istifadəsi üzrə canlı nümayişlər keçirildi. Bu təqdimatlar, innovativ yanaşmaların və texnoloji həllərin tətbiqini əyani şəkildə göstərmək baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

Sərgi boyunca qonaqlara xatirə hədiyyələri və promo materiallar təqdim edildi. Tədbir Lənkəran bölgəsində WinKlaus markasının tanıdılması və yerli bazarda əlaqələrin möhkəmləndirilməsi baxımından uğurlu oldu.

WinKlaus olaraq, Azərbaycanın müxtəlif bölgələrində keyfiyyətli və müasir pəncərə sistemləri təqdim etməyə davam edəcəyik.

© Copyright 2026 | Webcoder tərəfindən hazırlandı