Son xəbərlər
Populyar xəbərlər
Bakı Sərgi(24.04.2025)
  • Jun 01, 2025
  • 516


WinKlaus şirkəti olaraq 24 aprel 2025 ci il tarixində Bakıda sərgi təşkil etdik.
Sərgi çərçivəsində ziyarətçilərə WinKlaus pəncərə sistemləri, ELC Aluminium profilləri və onların texniki üstünlükləri barədə geniş məlumat təqdim olundu. Stendimizdə nümayiş etdirilən məhsullar qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Eyni zamanda sərgi zamanı FUTURUS şirkəti ilə əməkdaşlıq çərçivəsində gizli cift sistemlərinin quraşdırılması və istifadəsinə dair praktiki nümunələr nümayiş etdirildi. Bu əməkdaşlıq, innovativ və texnoloji yanaşmaların real tətbiqini əyani şəkildə göstərmək baxımından xüsusi önəm daşıyırdı.

Sərgi boyunca ziyarətçilərə müxtəlif hədiyyələr və promo materiallar təqdim edildi. Tədbir, həm mövcud müştərilərimizlə bir araya gəlmək, həm də yeni tərəfdaşlıqların təməlini atmaq baxımından olduqca uğurlu keçdi.

WinKlaus olaraq daim innovasiyaya açıq, keyfiyyətli məhsul və xidmətlər təqdim etməyə davam edəcəyik.

© Copyright 2026 | Webcoder tərəfindən hazırlandı