- Jun 11, 2025
WinKlaus şirkəti olaraq 26 aprel 2025-ci il tarixində Gəncə şəhərində keçirilmiş sərgidə iştirak etdik.
Sərgidə ziyarətçilərə WinKlaus pəncərə sistemləri və ELC Aluminium profillərinin nümunələri təqdim olundu. Məhsullarımızın funksionallığı, dayanıqlılığı və estetik görünüşü yerli ziyarətçilər tərəfindən yüksək qiymətləndirildi.
Bundan əlavə, sərgi çərçivəsində FUTURUS şirkəti ilə əməkdaşlıq əsasında gizli cift sistemlərinin quraşdırılması və tətbiqi üzrə praktiki nümunələr nümayiş etdirildi. Bu təqdimatlar müasir texnoloji həllərin real şəraitdə tətbiqini nümayiş etdirməklə, ziyarətçilər üçün xüsusi maraq doğurdu.
Tədbir zamanı ziyarətçilərə promo hədiyyələr təqdim edildi, suallar cavablandırıldı və yeni əməkdaşlıq imkanları müzakirə olundu. Bu sərgi Gəncə bölgəsində WinKlaus məhsullarının tanıtımı və əlaqələrin inkişafı baxımından mühüm rol oynadı.
WinKlaus olaraq gələcəkdə də bölgələrdə keçirilən tədbirlərdə fəal iştirak etməyə və müasir pəncərə sistemlərini təqdim etməyə davam edəcəyik.